Nəsimi Paşayev: “Bakı Metrosundan istifadə pulsuz olacaq” AÇIQLAMA

Nəsimi Paşayev: “Bakı Metrosundan istifadə pulsuz olacaq” AÇIQLAMA

"Bakı metrosunda I Avropa Oyunlarının açılış və bağlanış günlərində gediş pulsuz olacaq". Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar olaraq, ayın 12-si açılış, və 28-i bağlanış günlərində metrodan istifadə pulsuz olacaq: "Metrodan istifadə edən tamaşaçılar sadəcə əllərində olan bileti göstərməklə gedişdən pulsuz istifadə edə biləcək. Rəsmi akkreditasiyası olan şəxslər həmin günlərdə müvafiq sənədi göstərməklə, metrodan pulsuz istifadə edə biləcəklər. Bakı Metrosu I Avropa Oyunları ərəfəsində səhər saat 06:00-dan gecə saat 01:00-ə qədər işləyəcək. Eyni zamanda, açılış və bağlanış mərasimləri günlərində gecə saatlarında metrodan istifadəyə ehtiyac olarsa, bu zaman vaxt bir az da artırılacaq".

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə