Anadolu Agentliyinin təşkilatçılığı ilə Dünya Enerji Tənzimləmə Forumu keçiriləcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, forum mayın 25-28 tarixləri arasında İstanbulda keçiriləcək. Forumun açılışında Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi gözlənilir. Enerji sistemlərinin yenidən qurulması və yaxşılaşdırılması, enerjinin fasiləsiz və məqbul qiymətlərlə təmin edilməsi ilə bağlı fərqli yanaşmalar müzakirə ediləcək. Bundan başqa, şəffaf və etibarlı enerji aktlarının həyata keçirilməsi və var olan sistemlərin gücləndirilməsi imkanları müzakirə ediləcək, enerjinin maraqlı tərəflər arasında daha balanslı şəkildə paylaşılmasında tənzimləmənin rolu ortaya qoyulacaq. Enerjinin istehlakında yenilikçi yanaşmalar ortaya qoyularaq nümunələr ətrafında fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB