Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi ilə əlaqədar "2015-kənd təsərrüfatı ili" çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, "Aqroliznq" ASC və Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən birlikdə "Zaman bacarıqlı gənc mütəxəssislər tələb edir" adlı Əmək Yarmarkası keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əmək yarmarkası 7 may 2015-ci il tarixində Gəncə şəhəri, Ozan küçəsi, 102, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq tədris binasında keçiriləcək. Əmək yarmarkasına Bakı və Azərbaycanın müxtəlif rayonlarından olan təşkilatlar, müəssisələr müxtəlif ixtisaslar üzrə kənd təsərrüfatı mütəxəssislərinə olan təlabatı barədə məlumat təqdim etmişlər. Şirkətlərin təlabatı olan mütəxəssislər əsasən baytar həkimi, zoomühəndis, aqronom, mühəndis mexanik, qida texnoloqu, meliorator və aqrotexnikdir.
Arzu edənlər əmək yarmarkasında iştirak edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB