Əli Məsimli: “Mərkəzi Bank dollarlaşmanın qarşısını almalıdır”
"Azərbaycanda manatın devalvasiyasından sonra ölkədə yeni stiuasiya yaranıb". SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Əli Məsimli deyib.
Ə. Məsimli bildirib ki, bu gün Azərbaycanda sürətli dollarlaşma prosesi gedir: "Bunun qarşısının alınması üçün Mərkəzi Bank nə isə etməlidir. Problemin həlli istiqamətində vaxtında addımlar atılmasa, nəticələri daha ağır ola bilər. Bunun qarşısı alınmasa, ölkədə çox sürətlə dollarlaşma prosesi gedəcək və yaranmış problemlərin qarşısının alınması üçün əlavə güc, maliyyə vəsaiti tələb olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB