Azərbaycanla Əlcəzair əlaqələrini genişləndirir FOTOLAR

Azərbaycanla Əlcəzair əlaqələrini genişləndirir FOTOLAR

Aprelin 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayevin Əlcəzair Energetika Nazirliyinin Baş katibi, bu ölkənin OPEC-dəki nümayəndəsi Əhməd Messilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub. SOCAR-dan SİA-ya verilən xəbərə görə, qonaqları səmimi salamlayan Rövnəq Abdullayev nümayəndə heyətinin üzvlərini Bakıda görməkdən məmnunluğunu ifadə etmiş, səfərin iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini bildirib. SOCAR prezidenti Azərbaycanın dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini, neft hasilatı, emalı və nəqli sahəsində bir sıra yeniliklərin ilk dəfə məhz ölkəmizdə tətbiq olunduğunu qonaqların diqqətinə çatdırıb, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni enerji strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal layihələr, o cümlədən Cənub Qaz dəhlizi və digər qaz layihələri haqqında onlara ətraflı məlumat verib, bu layihələrdə əsas rol oynayan Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətlərindən danışıb. Qısa müddətdə şaxələndirilən ixrac neft-qaz kəmərləri sisteminin yaradıldığını və bu sistemin böyük imkanlara malik olduğunu vurğulayan Rövnəq Abdullayev Azərbaycanın bütün neft-qaz ölkələri ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

ğ

Bütün xəbərlər Facebook səhifəmizdə