Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Aktuarlar Assosiasiyasının təşkilatçılığı ilə aktuar şəhadətnamələrinin təqdimat mərasimi keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov Azərbaycan Aktuarlar Assosiasiyasının müşahidə şurasının üzvü Bilal Bilalov və yerli sığorta şirkətlərinin rəhbərləri iştirak edir.
Tədbirdə çıxış edən Namiq Xəlilov qeyd edib ki, artıq Azərbaycanda 2008-ci ildən etibarən aktuar şəhadətnamələrin verilməsi prosesinə start verilib: Həmin dövrdən bu günə qədər beynəlxalq agentliklərlə birlikdə layihələr həyata keçirilib. Bu gün isə 27 təlim keçmiş sığortaçıya aktuar şəhadətnamələri təqdim ediləcək. Bu proses bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, tədbirdə həmçinin cari ilin sentyabr ayında Bakıda keçiriləcək beynəlxalq aktuarilərin toplantısı ilə bağlı məlumat veriləcək.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB