Prezidentdən neft proqnozu

"Lukoyl" Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Vahid Ələkbərov bəyan edib ki, neftin qiyməti minimum həddə qədər düşüb.

SİA xəbər verir ki, bu barədə "ria.novosti" saytı yazıb. Neft maqnatı bunu Texsda neftlə bağlı keçirilən beynəlxalq konfransda çıxışında deyib.

Onun fikrincə, Rusiyada neftin əldə olunması və istehsalı yaxın günlərdə stabilləşə bilər: "Qərbi Sibirdə və Volqaətrafında (Povoljye-red.) neftin əldə edilməsində qeyri-stabillik gözlənilsə də, Arktikada mövcud olan yataqlardakı neft istehsalında müəyyən artım müşahidə edə biləcəyik".

Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın energetika naziri Aleksandr Novak Almaniyanın "Die Welt" qəzetinə verdiyi müsahibəsində bildirmişdi ki, 2015-ci ildə neftin bir barrelinin orta qiyməti 60 dolları əhatə edəcək və 2017-ci ilə qədər qara qızılın qiyməti 70 dollardan artıq olmayacaq.

Xatırladaq ki, aprel ayının əvvəlindən başlayaraq, neftin qiyməti 15 faizə qədər artıb. Analitiklər isə ucuzlaşmanın növbəti mərhələyə daha yaxın olması qənaətindədirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə