Ruslan Atakişyev: “Tərəflərin hansının seçilməsi Türkiyədən asılıdır” AÇIQLAMA

Ruslan Atakişyev: “Tərəflərin hansının seçilməsi Türkiyədən asılıdır” AÇIQLAMA

"Türkiyə oyunçu kimi qəbul edilməkdədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının üzvləri çalışır ki, Türkiyədə Avrasiya İttifaqına qoşulmaq meylləri yaransın. Türkiyənin iqtisadi maraqlarına görə böyük regional oyunçu kimi qəbul edilir: "Avropa İttifaqının üzvləri də çalışırlar ki, Türkiyə Avropa İttifaqının ona bu münasibətindən istifadə edərək, gələcəkdə Avrasiya İttifaqına qoşulmaq meylləri yaransın. Amma təbii ki, bütün hallarda yenə də istər Avropa Birliyi, istərsə də Avrasiya İttifaqında ümumiyyətlə Türkiyənin maraq çərçivəsi onu göstərir ki, Türkiyə iri regionlarda, bölgələrdə oyunçu kimi qəbul edilməkdədir. Onun hər hansı birliyə cəlb olunması, Türkiyənin özünün oynadığı rola verilən qiymətdir. Amma sonda artıq tərəflərin hansının seçilməsi məsələsi Türkiyədən asılıdır".

İqtisadçı ekspert onu da qeyd etdi ki, Türkiyənin iqtisadi inkişafı və iqtisadi potensialı Avrasiya İttifaqına üzv ölkələr tərəfindən maraqla qarşılanır: "İqtisadi baxımdan mən belə qiymətləndirirəm ki, Qazaxıstan Avrasiya İttifaqının əsas aparıcı ölkələrindən biridir. Ümumiyyətlə, Türkiyənin iqtisadiyyatında baş verən irəliləyişlər eləcə də, Türkiyənin iqtisadi baxımdan Avrasiya regionunda göstərdiyi fəaliyyətlər və MDB məkanına olan təsirləri Avrasiya İttifaqının da marağına səbəb olur ki, belə bir iqtisadi potensialı olan ölkə Avrasiya İttifaqının üzvü olsun. Bütün bunlara baxmayaraq, iqtisadi baxımdan Avropa İttifaqı və ya Avrasiya İttifaqını seçmək Türkiyənin öz maraqları çərçivəsində olan bir məsələdir. Son söz Türkiyənin özünə aiddir".

Bütün xəbərlər Facebook səhifəmizdə