"Qatarlar 10 gün ərzində sınaqdan keçirilib xəttə buraxılacaq". Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteni mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, 28 May stansiyasında xətlərin kəsişməsilə əlaqədar olaraq intervalı azaltmaq mümkün deyil: "Metroda yaranan sıxlığı təmamilə aradan qaldırmaq, intervalı azaltmaq qeyri mümkündür. Çünkü faktiki olaraq qatarlar bir xətt üzərində işləyir. Yaşıl xətt 28 May stansiyasında qırmızı xəttlərlə kəsişir və ona görə də bundan artıq intervaldan istifadə edə bilmirik. Buna baxmayaraq maksimum dərəcədə intervaldan istifadə olunur. Əsas məqsədimiz bir xətt üzərində hərəkət edən sərnişin sıxlığını azaltmaqdır. Buna da yeni xətlərin və stansiyaların açılması ilə nail ola bilərik".
Şöbə rəisi yeni qatarlar haqqında onu da əlavə etdi ki, yeni nəsil vaqonlar Bakı Metropoliteni üçündür: "Bir çox müsbət keyfiyyətləri ilə seçilən, müasir standartlara cavab verən və daha mükəmməl havalandırma sistemi quraşdırılan vaqonların salonunda "hərəkətli sətir" sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub. Rahatlılığı ilə seçilən bu vaqonların tutumu 330 sərnişin təşkil edir. Amma köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Müasir tələblərə cavab verən bu qatarlar əlbətdəki Avropa Oyunlarından sonra da xəttə istifadədə olacaq. Bu qatarlar məhs Bakı Metropoliteni üçündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB