Namik Axundov: “Bütün bunlar təxribatın bir hissəsi sayıla bilər” AÇIQLAMA
"Avropa ölkələri Azərbaycana qarşı təxribat aparır". Bu sözləri Korrupsiyaya qarşı Mübarizə Fondunun prezidenti Namik Axundov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda insan haqlarının pozulmasını iddia edən bəzi təşkilatlar kiçik bir problemi şişirdərək bütün dünyaya yayırlar: "Mən belə düşünürəm ki, bunlar hamısı bir təxribatdır və onlar bunu başa düşərək Azərbaycana zərbə vurmaq üçün edirlər. Hətta İtaliyada 2013-cü ilin sonlarında məlum olub ki, Akvila şəhərinin bərpası üçün ayrılmış dövlət vəsaiti mənimsənib. Onun bərpasına 8 milyard avro ayrılıb.Lakin indi məlum olub ki, tikinti smetası tutularkən xərclər 2,3,5 dəfə şişirdilib, tikilən evlər isə yaşayış üçün yararsızdır. Bununla bağlı bərpa işlərinə yaxın illərdə daha 8 milyard avro ayrılması nəzərdə tutulur. Lupinin səyi ilə İtaliyada aparılan araşdırma nəticəsində 25 milyard avro dəyərində layihələrdə korrupsiya faktı aşkarlanıb, 4 nəfər həbs edilib, 51 nəfər isə istintaqa ifadə verib. Bu qədər faktın qarşısında Avropanın Azərbaycanı korrupsiya ittihamı ilə suçlamalasına fikir vermək lazım deyil. Burada Avropa dövlət rəsmilərinin maraqları var və bu, Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına qarşı təxribatın bir hissəsi sayıla bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB