Nicat Hacızadə: “Qrantları sırf zərərli məqsədlər üçün sərf edirlər” AÇIQLAMA

Nicat Hacızadə: “Qrantları sırf zərərli məqsədlər üçün sərf edirlər” AÇIQLAMA

"Bu gün bir sıra vətəndaş cəmiyyətlərinə xaricdən səbəbli və səbəbsiz yerə maliyyə axınları daxil olur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, QHT-lər cəmiyyətin formalaşmasında xüsusi rol oynayır. Ümumilli lider Heydər Əliyev QHT-lərin formalaşmasına xüsusi dəstək verib: "Bildiyiniz kimi, Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində QHT-lərin yaradılması, vətəndaş cəmiyyətinin inkişafı, demokratik islahatlar istiqamətində çoxlu addımlar atılıb. Təbii ki, vətəndaş cəmiyyəti institutlarının formalaşmasında qeyri-hökumət təşkilatları mühüm rol oynayır. Qeyri-hökumət təşkilatları hansı dövlətin ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq, orada mövcud olan başqa qurumlarla ümumi xüsusiyyətlərin daşıyıcısına çevrilirlər. Belə ki, QHT-lər də dövlətin qüvvədə olan qanunları ilə hesablaşmalı, fəaliyyəti zamanı mövcud qanunvericiliyə əməl etməlidir. Başqa sözlə QHT-lər səlahiyyətləri və fəaliyyətləri çərçivəsində öz məsuliyyətlərini daim hiss etməlidir".

Ekspert onu da qeyd etdi ki, bəzi QHT-lər xaricdən dəstək almaqla ölkənin bünövrəsinə zərbə vurmağa çalışır: "Amma təəssüf ki, əksər siyasi mədəniyyətə əsaslanan, dövlətçilik maraqları ətrafında formalaşan müxalif yox, əksinə dövlət və dövlətçiliyin sütunlarını əzməyə çalışan, zəhmətlə qurulan bünövrəni titrətmək, yıxmaq məqsədi daşıyan QHT-lər xaricdən alınmış maliyyələr hesabına formalaşır, ölkədə siyasi, iqtisadi, sosial və dini sabitliyə zərbə vurmağa çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə