Mənsur Bərxudarov: “Beynəlxalq təşkilatlar qara piarla məşğuldurlar” AÇIQLAMA
"Müstəqillik əldə edildikdən bu günə kimi Azərbaycan bütün postsovet ölkələri içərisində ən çox uğur qazanmış ölkələrdən biri kimi qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyanın reytinq kampaniyalarının tərtib etdiyi cədvəllərdə ön sıralara doğru irəliləməkdə davam edir: "Dövlətimizi istəməyən qüvvələr isə qara piarla məşğuldurlar. Azərbaycanın ildən ilə yerinin möhkəmlənməsi, səralamada 50-ci yerdən 48, 45 və 42–ci yerə qədər çıxması o deməkdir ki, ölkəmiz bir sıra problemlərin həllində, o cümlədən korrupsiya probleminin həllində ildən-ilə uğur əldə edən ölkələrdən biri kimi sadalanır. Bəlkə də Azərbaycan korrupsiyaya qarşı intensiv mübarizə aparan yeganə postsovet ölkələrindəndir".
Ekspert onu da qeyd edib ki, I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qaralama kampaniyaları geniş vüsət alıb. Bütün bunların altından isə yenə də ermənilər çıxır: "Bu gün Azərbaycanın beynəlxalq aləmdə iqtisadi inkişafını istəməyən ölkələr və ermənipərəst qüvvələr Azərbaycanın bu günündə, yəni I Avropa Oyunlarının keçirildiyi məqamda qara piarla məşğuldurlar. Yəni Azərbaycanın beynəlxalq imicini yaxşılaşdırmasına qarşı bütün tədbirləri görürlər. Beynəlxalq kürsülərdən Azərbaycana qarşı ünvanlanan təhdidlər məhz ölkəmiz üçün qara piar xarakteri daşıyan bir məsələdir. Reallıqda Azərbaycan sosial–iqtisadi inkişafında davamlıdır. Azərbaycanın xarici iqtisadi siyasəti davamlı xarakter daşıyır. Bu xarici iqtisadi siyasətin əsası Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu istəməyənlər Azərbaycanı istəməyənlərdir. Bunlar ermənipərəst qüvvələrdir. Çünkü bu gün ermənilər istəmir ki, Azərbaycanın beynəlxalq aləmdə müsbət imici formalaşsın. Ermənilər istəmədiyi üçün də onlara xidmət edən bütün bədxah qüvvələr Azərbaycanın beynəlxalq imicinin qara piarı ilə məşğuldurlar. Bu sahədə təəccüblənmək lazım deyil".
Mənsur Bərxudarov onu da qeyd edib ki, Azərbaycan öz müstəqil iqtisadi-siyasi fəaliyyətindən əl çəkməyəcək. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, ziyalılarımız çalışmalıdır ki, Azərbaycanımızın inkişafı davamlı olsun: "Cənab Prezidentimiz demişkən, biz müstəqil dövlətik, heç bir ölkədən asılı deyilik və öz siyasətimizi özümüz müəyyənləşdiririk. Bu gün bilirik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, xüsusilə Rusiyadan qaz asılılığının azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan günbəgün geo-siyasi və geo-iqtisadi müstəvidə aktuallıq kəsb etməyə başlayıb. Azərbaycanı istəməyən qüvvələr əlbəttə ki, Azərbaycanın qara piyarını formalaşdırmaq üçün əllərindən gələni edəcəklər bunun üçün də qarşısını almaq üçün Azərbaycan prezidenti var, Azərbaycan dövləti var, Azərbaycanın vətənpərvər ziyalıları var. Biz əlimizdən gələni edəcəyik ki, Azərbaycanın gələcəkdə davamlı şəkildə inkişaf etsin. Ermənilərə və ermənipərəst qüvvələrə lazımı kimi özümüzü göstərək. Azərbaycanımızın sabit və dinamikliyini inkişaf etdirək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB