Süleyman Qasımov: “Uğurlu şəkildə Avro fond yaradıldı” AÇIQLAMA
"Neft emalı zavodu və digər zavodlarda layihələr həyata keçiririk. Bu, milyonlarla manat vəsaitin ehtiyata götürülməsi deməkdir". Bu sözləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bu gün Caspian European Club çərçivəsində keçirilən biznes – forum zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda dünyada neftin qiymətinin düşməsinə baxmayaraq uğurlu bir şəkildə Avro fond yaradılıb. 15 illik yaradılan yeni fondun həcmi isə 750 milyona bərabərdir: "Azərbaycanda Avro fondun yaradılması prosesi mart ayında başa çatıb. Artıq 2015 – ci ildə 15 illik 750 milyon həcmində fond yaradılıb".
Süleyman Qasımov həmçinin onu da vurğuladı ki, Dünyada Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrə bu gün kənardan böyük diqqət var: Dünyada Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrə böyük diqqət var. Avrofondun yaradılmasının özü də şirkətə kənardan verilən diqqətin göstəricisidir. Neftin dünya bazarında qiymətinin düşməsinin ardından ölkəmizə qarşı belə bir diqqətin yönəldilməsi uğurdur".
Bütün xəbərlər Facebook səhifəmizdə