Azər Mehdiyev: “Banklar bu məsələdə maraqlı deyil” AÇIQLAMA

Azər Mehdiyev: “Banklar bu məsələdə maraqlı deyil” AÇIQLAMA

"İrihəcmli kreditlərlə bağlı Azərbaycanda uzun müddətdir ki, problem var". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda sahibkarlara kreditləri Sahibkarlığa Kömək Milli Fondu verdiyi üçün banklar bu məsələdə maraqlı deyil. Yəni irihəcmli kreditlər bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün demək olar ki verilmir və ya tikinti sektoruna daha çox dəstək göstərilir: "Əgər diqqət yetirirsinizsə, Azərbaycanda son zamanlar irihəcmli kreditlər daha çox Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müəyyən təşkilatlara və şirkətlərə verilir. Banklar da öz – özlüyündə irihəcmli kreditləri ya həmin banka yaxın olan insanların şirkətlərinə verilir. Bu kreditlər çox vaxt tikinti sektoruna yönəldilir. Yəni elə sektora yönəldilir ki, bunun qayıtması real olaraq mümkün olsun və real gəlir vəd etsin. Ancaq bütövlükdə istehsal sektorunda uzunmüddətli kreditlərin əldə olunması sahibkarlar üçün ciddi bir problemdir".

Ekspert onu da qeyd etdi ki, bəzi hallarda sahibkarların öz işlərində risklərə getməkdən qaçınması banklarda inamsızlıq yaradır. Bundan başqa manatın devalvasiyası da həm sahibkarları, həm də bankları düşündürür: "Həm risklərin yüksək olması ilə bağlıdır, həm sahibkarlıq fəaliyyətindən son dərəcə istifadə olunması və bankların bunu bilməsi, insanların etimadnamə təqdim edərkən bu işi davam edə biləcəklərinə inamının olmaması ilə bağlıdır. Yəni uzun zamandan bəri Azərbaycanda real sektorun maliyyələşdirilməsi ilə bağlı problemlər mövcuddur. Ancaq son zamanlar burada yeni problem də ortaya çıxır. Belə ki, manatın devalvasiyasından sonra ölkəyə neft gəlirlərinin azalması ilə bağlı olaraq həm banklar, həm də sahibkarlar başa düşürlər ki, qarşıdan gələn dövrdə manatın məzənnəsində ciddi dəyişikliklərin baş verməsi ehtimalı yüksəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə