Türkiyə Asiya Bankına qəbul olundu

Türkiyə Asiya Bankına qəbul olundu

Türkiyə Asiya İnfrastruktur İnvestisiya Bankına Türkiyə təsisçi üzv olaraq qəbul edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyə banla üzv olmaq üçün cari ilin 26 mart taixində müraciət edib. Beləliklə, bankın təsisçi üzvlərinin sayı Türkiyədədaxil olmaqla 38-ə çatıb. Bankın təsisçi üzvlərinə Çin, Fransa, Almaniya, Banqladeş, Bruney, Kamboca, Hindistan, İndoneziya, İtaliya, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Laos, Lüksemburq, Malayziya, Maldiv, Malta, Monqolustan, Myanma, Nepal, Yeni Zelandiya, Oman, Pakistan, Filippin, Qatar, Səudiyyə Ərəbistanı, Sinqapur, Şri Lanka, İsveçrə, Tacikistan, Tayland, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Özbəkistan, Vyetnam, İran və Türkiyə daxildir.

Çin tərəfindən rəhbərlik edilən Banka 50-dən çox ölkə üzv olmaq üçün müraciət edib. Bunlardan 38-i təsiçi üzv kimi qəbul olun, digərlərilə bağlı qiymətlənirmə davam edir. Yekun qərar cari ilin aprelin 15-də veriləcək. Bankın ümumi sərmayəsinin 100 milyard dollar olması planlaşdırılır. Bankın 2015-ci ilin sonunda fəaliyyətinə başlaması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə