"Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinin əsil səbəbi dünyada baş verən proseslərdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı Vahid Əhmədov deyib.
Millət vəkili qeyd edib ki, Rusiya tərəfindən Krımın ilhaqı, ABŞ-ın Rusiyaya sanksiyası, o cümlədən İranın nüvə proqramında razılaşmaya getməsi və sair proseslər buna səbəb olan əsas amillərdir: "Göründüyü kimi proseslərin əsas aktoru kimi ABŞ çıxış edir. Buradan belə çıxır ki, dövlətlərarası münaqişələr, ciddi konfliktlər neftin ucuzlaşmasına gətirib çıxarıb. Nə zamana qədər ki, bəzi siyasi məsələlər həll edilməyib, o zamana qədər də neftin qiymətində bahalaşma gözlənilmir. Hesab edirəm ki, 2015-ci ilin sonuna qədər vəziyyət bu cür qalacaq".
Vahid Əhmədov İran neftinin dünya bazarına çıxarılmasında bütün sansksiyalar aradan qaldırılacaqsa, müəyyən qədər ucuzlaşma olacaq: "Çünki korbohidrogen ehtiyatları ilə zəngin olan dövlətlərdən biri də İrandır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB