"Manatla kreditlərin verilməsinə qadağa qoyulmayıb" Mərkəzi Bankdan cavab

"Manatla kreditlərin verilməsinə qadağa qoyulmayıb" Mərkəzi Bankdan cavab

Mərkəzi Bank son günlərdə bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bankı tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunmasıilə bağlı yayılan məlumatlarla bağlı açıqlama yayıb. Bankdan SİA-ya verilən açıqlamada bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun olmayan və yanlışdır. Banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməmişdir.

Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər.

Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə