Rafiq Cəlilov: “Kütləvi qiymətləndirməyə yenidən baxıla bilər” AÇIQLAMA
"Vətəndaşlar daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi məlumat bazasına daxil olaraq, həmin ərazidə olan əmlakların və özünün istədiyi əmlaka uyğun digər əmlakların da qiymətini bilməklə, müqayisə üsulu ilə həmin istədiyi əmlakın qiymətinin düzgün olub olmadığını müəyyən edə bilər". SİA-nın məlumatına görə, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov "Azərbaycanda Daşınmaz Əmlakların Kütləvi Qiymətləndirilməsi Layihəsi"nin İctimai Təqdimatı zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, əmlakın kütləvi qiymətləndirilməsindəki bu üsul obyektivlik nümayiş etdirir. Yəni insanlar sahib olmaq istədiyi əmlakın ərazisini və qiymətini özü seçə biləcək: "Bu üsul tam obyektiv olur. İnsan amili burda kənarlaşır. Qiymətləndirmə komputer vasitəsilə həyata keçirilir. Vahid standart yanaşmalarla əmlakın yerləşdiyi əraziyə görə, yola yaxınlığı, yerləşdiyi zona, mərtəbəliliyi, kommunikasiya xətləri ilə əhatə olunmuş ərazidə yerləşib yerləşməməsi və s.kimi amilləri nəzərə alaraq obyektiv qiymətlər qoyulur. Kütləvi qiymətləndirmənin bir əhəmiyyəti də odur ki, dövri olaraq həmin qiymətlərə yenidən baxıla bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB