Yaşıl Dəhliz-ucuz məhsul mübadiləsi AÇIQLAMA

Yaşıl Dəhliz-ucuz məhsul mübadiləsi AÇIQLAMA

"Azərbaycan üçün Rusiya strateji tərəfdaşlardan biridir. Bu baxımdan praktiki olaraq nəzərə almaq lazımdır ki, Azərbaycan üçün qeyri-neft sektorunda aparıcı ölkə Rusiyadır və Rusiya Azərbaycan üçün ən böyük partnyordur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında aqrar məhsulların ticarəti üçün Yaşıl Dəhlizin yaradılması həm ticarətin asanlaşdırılmasına, həm də bəzi prosedurların daha qısa zamanda yekunlaşdırılmasına imkan verəcək. Manatın məzənnəsinin yumşalması fonunda tətbiq ediləcək Yaşıl Dəhliz əməkdaşlığı, Azərbaycanın qeyri –neft sektorunda inkişafını daha da sürətləndirəcək: "Azərbaycandan Rusiyaya göndərilən vəsaitlərdən böyük bir qismi böyük müəssisə və aqrar məhsullarıdır. Təbii ki, onların bir qisminin adi prosedur qaydaları ilə Rusiya ixracatı bəzi hallarda həmin məhsulların keyfiyyətinin itirilməsi və həmin məhsulların hətta bəzi hallarda xarab olmasına gətirib çıxarırdı ki, o baxımdan yeni qaydanın tətbiq edilməsi birmənalı şəkildə imkan verəcək ki, Azərbaycanın Rusiyaya ixrac imkanlarını genişləndirmək mümkün olsun və bu Azərbaycan Rusiya ixrac imkanlarının genişlənməsinə səbəb olacaq. Müəyyən zamanda bu Rusiya üçün artıq Azərbaycanın daha keyfiyyətli və daha yeni aqrar məhsullarının ixracatını həyata keçirməsi deməkdir. Bu baxımdan hər iki ölkənin iqtisadi maraqlarına xidmət etməsi addımıdır. Birmənalı şəkildə bu Azərbaycanın qeyri-neft və aqrar ixrac potensialının yüksəlməsinə və təbii ki, Azərbaycan fermerlərinin Rusiya bazarına daha çox məhsul ixrac etməsinə gətirib çıxaracaq. Azərbaycanın Rusiyaya ixrac etdiyi məhsulların artımı olacaq. Manatın məzənnəsinin yumuşalması fonunda Azərbaycan məhsullarının Rusiya bazarına çıxış imkanı artır. Yaşıl dəhlizin tətbiq edilməsi bu imkanların daha da genişləndirilməsinə imkan verəcək. O baxımdan bu iki ölkə arasındakı iqtisadi əlaqələrin imkanların genişləndirilməsinə gətirib çıxarmaqla yanaşı, Azərbaycanın Rusiya ixracatının hiss edilən səviyyədə artması olub. İqtisadiyyatda qeyri-neft sektorunun ixrac qabiliyyəti baxımından bu olduqca vacibdir".

Ekspert onuda vurğuladı ki, Yaşıl Dəhlizin açılması hər iki ölkə arasında ucuz məhsul mübadiləsinə gətirib çıxardacaq. Bundan başqa, hər iki ölkə arasında ticarət xərclərinin azaldılmasına səbəb olacaq: "Məhsulların qiymətində dəyişikliyin müşahidəsinə gətirib çıxaracaq. Azərbaycan məhsulları dollar ifadəsində Rusiya bazarında daha ucuz qiymətə satıla biləcək. Eyni zamanda Yaşıl Dəhlizin açılması nəqliyyat xərclərinə də təsir göstərəcək. Çünkü sərhəddə məhsulların saxlanması həm məhsulların xarab olması, həm vaxtın itirilməsi ümumilikdə qiymət artımına gətirib çıxarır. Bu baxımdan Yaşıl Dəhlizin tətbiq edilməsi eyni zamanda Rusiyaya aparılan məhsulların xərcinin də azalmasına, daha uyğun qiymətə təklif edilməsinə səbəb olacaq. Eyni zamanda bu Rusiyadan Azərbaycana gətirilən məhsullara da təsir göstərəcək. Bu da hər iki ölkə arasındakı ticarət xərclərinin aşağı düşməsinə və iş adamlarının daha çox gəlir əldə etməsinə imkan yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə