Mahir Abdullayev: “Sığortaçılıqda mobil əməliyyat sistemi yaradılıb” AÇIQLAMA

Mahir Abdullayev: “Sığortaçılıqda mobil əməliyyat sistemi yaradılıb” AÇIQLAMA

"Azərbaycanda 950 siğorta agenti fəaliyyət göstərir. 2009-dan etibarən bu sahədə artım olub". SİA-nın məlumatına görə, bu sözləri Dövlət Siğorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, Ərizə və Şikayətlərə Baxılması Şöbəsinin müdiri Mahir Abdullayev Sığorta Agentlərinin III Milli Forumu zamanı çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda sığortaçılıq fəaliyyəti daha da asanlaşdırılır və lisenziyalar verilir: "Həm hüquqi, həm də fiziki şəxslər siğorta ilə məşğul olmaqdadır. Sığorta agentliklərinə qanunla say məhdudiyyəti qoyulmayıb. Müraciət olunarsa şəxlərə sığorta ilə məşğul olmaq haqqı verilir. Sığorta agentlərinə müqavilədə imzalandığı kimi səlahiyyət verilir və verildiyi istiqamətdə fəaliyyət göstərirlər".

Mahir Abdullayev onu da qeyd etdi ki, sığortaçılıqla məşğul olmaq həm də sahibkarlıqla məşğul olmaq deməkdir. Bunun üçün Ədliyyə Nazirliyində uçot əməliyyatı aparılmalıdır. Lakin qanunsuz fəaliyyətlə məşğul olanlar ciddi cəzalandırılacaq: "Qeyd etmək istəyirəm ki, sığortaçılıqla məşğul olmaq, sahibkarlıqla məşğul olmaq kimidir. Bunun üçün vergilər Nazirliyindən VÖEN əldə edilməlidir. Lisenziya alınmadan göstərilən siğortaçılıq fəaliyyəti isə, qanunla nəzərdə tutulmuş maddələrlə cəzalandırılır. Əgər qanunsuz fəaliyyət göstərən siğorta agentliyi olarsa və cinayət nəticəsində hər hansı bir şəxsə 1000 manatdan artıq ziyan vurularsa, bu vaxt həmin agentliyin rəhbəri cinayət məsuliyyətinə cəlb olunur. Əgər şəxslər lisenziya əldə etmədən vətəndaşa külli miqdarda zərər verərsə, bu vaxt həmin saxta agentlik vurulan cəzanın 3 dəfə artığını ödəməklə bərabər, rəhbərlik 1 ildən 5 ilə qədər həbs cəzası ilə qarşılaşa bilər. Onu da qeyd edim ki, sığorta nəzarəti xidməti ilə bağlı mobil əməliyyat sistemi yaradılıb. Bu əməliyyat sistemini telefonlara yükləyərək həm siğorta agentləri, həm də vətəndaşlar siğortaçılıqla bağlı məlumatlar əldə edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə