2015-ci ilin mart ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 521 min 925 ton Azərbaycan nefti nəql olunub. Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən xəbərə görə, cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 milyon 222 min 202 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il aprel ayının 1-ə qədər BTC-yə 271 milyon 062 min 048 ton neft vurulub.
Bundan başqa, 2015-ci ilin mart ayında BTC kəməri ilə 374 min 500 ton Qazaxıstan və 300 min 333 ton Türkmənistan nefti nəql olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB