Azərbaycan təsisçi olacaq

Azərbaycan Maliyyə Nazirliyi Çinin Maliyyə Nazirliyinə ölkə hökumətinin Asiya İnfrastruktur İnkişaf Bankının yaradılması səylərinə dəstəyini bildirib. Bu barədə SİA Azərbaycan Maliyyə Nazirliyinə istinadən məlumat verir.

Bununla əlaqədar Azərbaycan Asiya regionu infrastrukturunun inkişafı üçün artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılacaq yeni maliyyə institutunun təsisçi üzvü olmaqla bağlı marağını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə