2015-ci ilin mart ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6595 metr qazma işi həyata keçirib. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, bu sahədə görülən işlərin 6208 metri istismara, 387 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 20750 metr qazma işi görülmüşdür ki, bunun da 19763 metri istismara, 987 metri isə kəşfiyyata aid olub.
Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 16 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB