Əli Əlirzayev: “Ermənistanın özü adam axtarır ki, pul qopartsın” AÇIQLAMA
"Ermənilər tərəfindən Azərbaycan torpaqları işğal olunan zaman orada insanların həlak olması ilə birlikdə, maddi zərər də dəyib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib.
Onun sözlərinə görə, ermənilərin torpaqlarımızı işğal etdikləri zaman həm maddi, həm də mənəvi zərər dəyib və bu zərərin hamısı ödənilməlidir: "İnsanlar evlərini, mallarını, bütün qurduğu şəraitlərini qoyub köçkün vəziyyətinə düşdülər. Bununla bərabər mənəvi və mədəniyyət abidələrimiz işğal olunmaqla dəyəri ölçülməyəcək qədər insanlarımıza zərər vurulub. Bunlar hamısı hesablanmalıdır və müəyyən vəsait ayrılmalıdır ki, ödənilsin".
Ekspert həmçinin onu da qeyd etdi ki, Ermənistan hökuməti bu gün elə bir vəziyyətdədir ki, kompensasiya ödəməkdənsə, torpaqlarımızdan sakit çəkilsələr, onlar üçün daha sərfəli olar. Amma onların verdiyi zərərlər mütləq ödətdirilməlidir: "Bu gün Ermənistanın özü elə bir vəziyyətdəditr ki, adam axtarır ki ondan pul qoparda bilsin. Vəziyyət bu ölkədə çox gərgindir. Bundansa, beynəlxalq səviyyədə onlar bizim işğal etdikləri torpaqlarımızı geri versələr, biz öz iqtisadiyyatımızı bərpa edə bilərik. Hələ əsas həll olunası məsələ budur. Əlbətdə ki, beynəlxalq səviyyədə olan əlaqələrin, dünya dövlətlərinin, aparıcı qüvvələrin bu məsələyə münasibətindən çox şey asılıdır. Bizi dəstəkləməli və həlli yollarını göstərməlidirlər. Amma əgər təcrübə varsa, hər hansı dövlət müharibə nəticəsində zərər vurubsa, o ölkəyə doğrudan da təcavüz olunubsa, bunun nəticələri ödənməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB