Nicat Hacızadə: “Dollarla verilən kreditlər dollarla qaytarılmalıdır” AÇIQLAMA

Nicat Hacızadə: “Dollarla verilən kreditlər dollarla qaytarılmalıdır” AÇIQLAMA

"1993-cü ildən etibarən Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkədə apardığı iqtisadi-sosial islahatlar, əhalinin rifah halının yüksəldilməsi, maliyyə institutlarının yaradılması, ölkəyə xarici investorların cəlb edilməsi yönündə, o cümlədən Bank sisteminin formalaşması və özəl-müstəqil bankların yaradılmasına dövlət dəstəyi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə məlumdur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib. Onun sözlərinə görə, Mərkəzi Bank sədrinin Milli Məclisdə son çıxışı bir çox aspektdə böyük əhəmiyyət kəsb edir. Cəmiyyət tərəfindən daha çox maraqla qarşılanan məsələ isə, bankların xarici valyuta ilə alınan kreditlərə qarşı atacağı addımlar haqqında söylənən fikirlər olub: "Milli Məclisin İqtisadi Siyasət Komitəsinin son iclasında kreditlərin qaytarılması ilə bağlı çıxış edən Elman Rüstəmov kreditlərin qaytarılması yönündə əhaliyə problem yaradan bankları qınadı. Xüsusilə bank sistemini qeyd edərək demək istəyirəm ki, mikro və makro sabitliyin kökündə bir sıra istiqamətlər, o cümlədən Mərkəzi Bankın fəaliyyəti dayanır. Son zamanlar dollarla götürülmüş kreditlərin aqibəti və xüsusi ilə qaytarılması yönündə Mərkəzi Bankın şərhi artıq hamıya məlumdur. Qeyd etmək istəyirəm, devalvasiya prosesindən sonra ən böyük problem sosial təbəqə üçün oldu ki, bazarda qiymətlərin qalxması ilə bərabər, kreditlərin əvvəlkinə nisbətdə daha çox məbləğlə qaytarılması dayanır. Təbii ki, əvvəlki məzənnə ilə kredit götürənlərə yeni məzənnə ilə qaytarmaq sərf etmirdi. Əksinə banklara isə əvvəlki məzənnə ilə kreditin qaytarılması sərf etmirdi. Təbii ki, bu tip məsələləri hüquqi prosedurlar həll edir. Mərkəzi Bankın çıxışını şərh edərək deyə bilərəm ki, Elman Rüstəmovun çıxışı həqiqətən əhalinin sosial vəziyyətinə istiqamətlənib. Borclu qismin çox hissəsi bu borcları qaytara bilməyib. Banklar dollarla verdiyi kreditləri dollarla da geri almalıdırlar. Amma burada bir məsələ ortaya çıxır ki, biz yenə də dollarla kredit verəsi olsaq, arxasında duran manat eynidir. Əhalinin əksər hissəsinin pul əlaqələri manatla aparılır".

Ekspert həmçinin dollar rezervi olan vətəndaşlara təklif də irəli sürdü. O qeyd etdi ki, dollar rezervi olanlar manata vaxtında pullarını çevirərsə bu zaman qazanan tərəf olarlar. Bundan başqa banklar üzərində sərt tədbirlərin görülməsinin də müsbət təsiri olmayacağını vurğuladı: "Təbii bu bəyanatdan sonra devalvasiyadan əvvəl kimin əlində dollar var idisə və artıq dəyişdirməyibsə həmin şəxslər pulunu dollarla qaytarsalar onlara xeyirdir. Çünkü, o şəxslər zamanında həmin dollarları daha aşağı manatlarla (0.78-0.79 AZN) almışdılar. Bu gün isə artıq o dolları almaq üçün əhali daha çox manat xərcləyəcək və nəzərə alsaq ki, əhalinin çox hissəsi artıq dolları manatı çevirib. Təbii ki, məsələnin digər tərəfi də bu tipli islahatlar olarsa, yığılan problemli kreditlərin həcmi də azalacaq. Mərkəzi Bank rəhbərinin son şərhindən sonra bankların təbii ki siyasətlərinin necə dəyişdirəcəyi şübhəlidir. Mən sırf bankların üzərinə də düşülməsinin əleyhinəyəm. Bank bir çox məsələlərdə öz risklərini nəzərə alır. Bu gün bir sıra banklar var ki, həqiqətən də əhalinin vəziyyətini nəzərə alıb, kredit faizlərini aşağı salıb, əhaliyə rahat krediti ödəməsi üçün hər cür şəraiti yaradırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə