SOCAR açıqlama verib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2015-ci ilin mart ayında Novorossiysk limanından 169 min 470 ton, Supsa limanından 254 min 3 ton, Ceyhan limanından 1 milyon 226 min 280 ton xam neft ixrac edib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, ümümilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından 423 min 785 ton, Supsa limanından 762 min 290 ton, Ceyhan limanından isə 4 milyon 554 min 399 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə