Ekspert: “Azərbaycan maliyyələşdirilməni problemsiz həyata keçirir” AÇIQLAMA

Ekspert: “Azərbaycan maliyyələşdirilməni problemsiz həyata keçirir” AÇIQLAMA

"Cənub Qaz Dəhlizi layihəsi "Şahdəniz 2"nin, Cənub Qafqaz boru kəmərinin tikintisi, TANAP-ın nəql olunması ilə bağlı Azərbaycanın hökümətinin 2014-cü ildən planlaşdırdığı və ona uyğun atdığı addımların tərkib hissəsidir". Bu sözləri SİA-ya "Cənub Qaz Dəhlizi"nin nizamnamə kapitalının 2,4 dəfə artaraq 300 milyon dollardan 725 milyon dollara çatdırılacağı ilə bağlı verdiyi açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, bu addım Azərbaycanın öz payının maliyyələşdirilməsini heç bir problem olmadan həyata keçirdiyindən xəbər verir: "Orada Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun birgə fəaliyyəti ilə bu layihələrin gerçəkləşdirilməsi istiqamətində atılan addımlardır. Hissə - hissə bu layihələrin gerçəkləşdirilməsi istiqamətində bu səhmlərin bazara çıxarılması bu faktı təstiqləyir ki, Azərbaycan qarşısında duran öz payının maliyyələşdirilməsini heç bir problemsiz həyata keçirir".

Bütün xəbərlər Facebook səhifəmizdə