"Azərbaycanda elektron ticarət öz inkişaf yolunu yeni ələ alıb. Ölkəmizdə 100 lərlə fəaliyyət göstərən online shopping tipli MMC-lər mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib. Onun sözlərinə görə, Azərbaycanda elektron ticarətlə məşğul olmaq istəyən və bunu da bacaran bəzi işbazlar var və onlar insanları aldadaraq onlarda elektron ticarətə olan inamı öldürür. Digər tərəfdən də insanlarımız daha çox aldığı mala təmas etmədən seçim etmək psixologiyasına hələ alışmayıblar: "Bəzi MMC-lərin isə heç hüququ statusu yoxdur. Əvəla qeyd edim ki, bu məsələ sırf bu sahə ilə məşğul olan bəzi işbazların vergidən və gömrükdən yayınma, o cümlədən müştəri məmnuniyyəti mövzu predmetidir. Bildiyiniz kimi elektron ticarət vasitəsilə vergidən yayınma halları dünyanın bir sıra ölkələrində var. Çünkü bu daha rahat yoldur. Amma ölkəmizdə təbii ki, bu hal artıq qanuniləşdiyi üçün bu mümkün deyil və sahibkarlar da məhsulların üzərinə əvvəlkindən əlavə qiymət qoymağa məcburdurlar. Bu məsələnin 1 tərəfidir. 2-ci tərəfi müştəri məmnuniyyətidir. Bizim Azərbaycan müştərilərinin bir xüsusiyyəti budur ki, əli ilə toxunduğu və gördüyü mallara daha çox üstünlük verir. Çünki artıq onun üçün məhsul həm realdır və məhsulu gözləmə kimi bir problemi yoxdur".
Ekspert qeyd etdi ki, müştəri məmnuniyyəti də elektron ticarətdə əsas rol oynayan amillərdən biridir. 3 faktor var ki, onlardan irəli gələn problemlər həll edilərsə elektron ticarətin inkişafına nail olmaq mümkün olacaq: "Məsələnin 3-cü tərəfi yenə də müştəri məmnuniyyəti olsa da, burada məhsulun çatdırılması problemlər yaranır. Ya məhsul gömrükdə qalır, səbəbi də qanuni olmamasıdır. Müştəriyə bəzən elə hallar olur ki, komputer üzərində gördüyü malla əlinə gələn malda fərq olur və artıq geri qaytarmaq mümkün olmur. Ona görə də, Azərbaycanda elektron ticarətin inkişafı ləngiyir. Dediyimiz kimi, 3 faktor, hüquqi baxımdan qanunda boşluq, müştəri məmnuniyyətinin təmin olunmaması və məhsulun keyfiyyəti elektron ticarətin bir ölkədə inkişafında əsas rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB