Mənsur Bərxudarlı: “Azərbaycan gələcəkdə dividentlər qazanacaq” AÇIQLAMA
"TANAP layihəsi iki dövlət arasında bağlanılmış qaz layihəsidir. Layihə Azərbaycanın neft qaz sektorunda, Azərbaycanın enerji sektorunda qazla bağlı ən böyük layihələrdən biridir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Mərxudarov deyib.
Onun sözlərinə görə, 2018-ci ildə artıq TANAP layihəsi ilə ilk enerji nəqli həyata keçiriləcək. Keçən müddət ərzində də qazın ötürülmə həcmi artırılacaq: "TANAP müqaviləsi 2011-ci ildə bağlanılıb, artıq təməlqoyma mərasimi başlayır və ilk qaz Azərbaycandan Türkiyəyə 2018-ci ildə buraxılacaq. İlkin qaz həcminin Türkiyəyə verilməsi 16 milyard kubmetr civarındadır. İkinci həcm qaldırılaraq 24 milyard kubmetr olacaq və 3-cü həcm 31 milyard kubmetr olacaq".
Ekpsert vurğulayıb ki, Azərbaycan bu layihə ilə Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayacaq. TANAP layihəsinin ardınca TAP layihəsi xüsusi önəmə sahib olacaq: "Ümumiyyətlə Avropanın mavi qaz təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın fəaliyyəti ilkin mərhələyə qədəm qoyacaq. Çünki TANAP-dan sonra TAP qoşulacaq. TAP kəməri ilə Gürcüstan, Yunanıstan, Albaniya və İtaliyaya qədər Azərbaycanın Şah-Dəniz-2 yatağından qazımız ötürüləcək. TANAP böyük qaz bazasının əsasında dayanır. TANAP layihəsi reallaşdırılmasa əlbətdə ki, TAP da buna qoşula bilməz. Çünkü TAP Yunanıstandan başlanılan və TANAP-a qoşulan bir borudur. Azərbaycana gətirilən dividentləri bu günkü qiymətlərlə hesablasaq deyə bilərəm ki, Azərbaycana neftdən gələn gəlirdən də çox gəlir gətirilə biləcək. Amma bu perspektiv gələcəkdə Rusiyadan Avropanın qaz asılılığı kontekstində Azərbaycanın rolu getdikcə artacaq".
Mənsur Bərxudarlı Türkmənistan qazının gələcəkdə TANAP layihəsinə qoşulması ilə bu layihənin önəminin artacağını ifadə edib. O qeyd edib ki, bütün bu layihələrin bünövrəsində 1994-cü ildə imzalanmış əsrin müqaviləsi dayanır: "Gələcəkdə Türkmənistan qazı da bu layihə çərçivəsinə qoşularsa bu boru kəmərinin buraxılış həcmi lap artacaq, təkcə öz qazının ötürülməsinə yox, həm də tranzit ölkə kimi gələcəkdə dividentlər qazanacaq. Ona görə də Azərbaycanın burda əldə etdiyi qazanc, dividentlər təkcə TANAP la bağlı deyil. Digər layihələrin TANAP-a qoşulması və onların da Azərbaycana gətirə biləcək dividentlərini hesablasaq, bu çox böyük həcmdir. Azərbaycanın milli iqtisadi inkişafına çox böyük təsir göstərəcək. Sözün əsl mənasında desək bunun kökündə 1994-cü ildə bağlanılmış neft kontraktı dayanır. Azərbaycanın neft, qaz strategiyası, iqtisadiyyatı nə qədər şaxələnsə də, bu gün və yaxın gələcəkdə dividentlər Azərbaycana qazanc gətirə biləcək domenant sektorlar olaraq qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB