"Banklara dollarla ödəmələrdə problemlər yaranıb. Qorxuram ki, əlaqədar təşkilatlar bu problemin həlli prosesini uzatsınlar və problem Milli Məclisin üstünə atılsın". SİA-nın məlumatına görə, bunu millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Millət vəkili vurğulayıb ki, aidiyyəti təşkilatlar öz funksiyalarını vaxtında yerinə yetirməlidir: "Mülki Məcəllədə və Konstitusiyada hesablaşmaların manatla aparılması aydın şəkildə göstərilib. Bunlar Mülki Məcəllənin müvafiq maddələrində də öz əksini tapıb. Əlaqədar təşkilatlar və qurumlar hüquqi mexanizmə malikdir. Bu məsələ Milli Məclisə gəlmədən həll oluna bilər".
Ə. Məsimli ipoteka kreditlərinin məbləğinin artırılması və faiz dərəclərinin aşağı salınmasını da təklif edib: "İpoteka kreditlərinin məbləği artırılmalıdır. Heç olmasa, bu məbləğ 50 mindən 70-80 minə qədər artırılmalıdır. İpoteka faizləri isə aşağı salınmalıdır. Adi ipoteka 8 faizdən 4 faizə endirilməli, sosial ipotekanın faizləri isə 4 faizdən 3 faizə qədər azaldılmalıdır. İlkin ödənişlər də ya yumşaldılsın, ya da xüsusi bir fond yaradılsın. Bu proses inkişaf etdirilməlidir. İpoteka təkcə Bakı ilə yekunlaşmamalıdır, regionlara da tətbiq edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB