Elektron xidmətlərin sayı 410-a çatıb

Elektron xidmətlərin sayı 410-a çatıb

"Elektron hökumət" portalında müxtəlif dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərin sayı sürətlə artır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən SİA-ya verilən xəbərə görə, Portal üzərindən göstərilən e-xidmətlərin sayı 410-a çatıb. Hazırda Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi 452 e-xidmətdən 322-si portala inteqrasiya olunub.

Ümumilikdə dövlət saytlarında yerləşdirilən elektron xidmətlərin sayı 481 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə