Ruslan Atakişiyev: “ÜTT-yə üzvlük Azərbaycanın imkanlarını artıracaq” AÇIQLAMA
"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulması ilə bağlı artıq işlərin bir hissəsi görülüb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan sonra Azərbaycanda kənd təsərrüfatı ilə bağlı bəzi problemlər yarana bilər. Çünkü subsidiyaların verilməsi dayandırıla bilər. Lakin bunun müsbət cəhətləri də var: "Burda sadəcə siyasi qərarın verilməsi mərhələsinin əsasını qoyulur. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması ilə bağlı əsas alternativ məsələlərdən biri, kənd təsərrüfatının inkişafı ilə bağlı, üzvlükdən sonra kənd təsəsrrüfatına subsidiyaların verilməsinin məhdudlaşdırılması ilə bağlı məsələdir. Amma qeyd edək ki, subsidiyların payı 17 % olan kənd təsərrüfatı sahələrinin endirilməsi istiqamətində işlər gedir. Digər məsələ ondan ibarətdir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə, ÜTT üzvləri olan ölkələrlə eyni səviyyədə ticarət əlaqələri qurmaq və ticarət aparmaq imkanı əldə edir. Həmçinin də birlik çərçivəsində məhsuldarlıq xidmətlərinin icrasına, maliyyənin dövriyyəsinə imkan yaranır".
Ruslan Atakişiyev qeyd etdi ki, Azərbaycan Ümumudünya Ticarət Təşkilatına üzv olarsa, bu zaman Azərbaycanlı işadamlarının fərqli ölkələrdə biznes qurmaq üçün işləri asanlaşdırılacaq, xaricilərin də Azərbaycanda şirkət qurmaq üçün yolları daha da açılacaq: "Təbii ki, Azərbaycan vətəndaşları, şirkətləri həmin üzv olduğu ölkələrə investisiya yatırmaq, şirkət qurmaq imkanı qazandığı kimi, həmin ölkələrin də Azərbaycanda şirkət qurmaq, invenstisiya yatırmaq imkanı əldə edirlər. Burda məsələlərdən biri də bundan ibarətdir ki, ÜTT- yə üzv olan ölkələr var və birdə müşahidəçi ölkələr var. Azərbaycan da hal hazırda müşahidəçi ölkələr qismində fəaliyyət göstərir. Təbii ki, ÜTT- yə üzvlük çərçivəsində artıq rəqabətdə Azərbaycanda korporativ genişlənmə imkanları formalaşır, həmçinin ÜTT-yə üzvlük xarici mövqedə olan bəzi şirkətlərin məhdudlaşmasına gətirib çıxarır. Üzvlükdə istehlakçıların ucuz və keyfiyyətli məhsullarına çıxış imkanları artır, bazarda məhsulların çeşidinin artmasına geniş imkanlar yaranır. O cümlədən də yaranmış rəqabət şəraitindən istifadə edərək Azərbaycan şirkətlərinin ölkə daxilindən xaricə məhsullar ixrac etmək imkanı da geniş şəkildə yaranır. İkincisi mexanizm baxımından Azərbaycan ticarət tərəfdaşları ilə yarana biləcək hər hansı bir problemlərin, hadisələrin həllində onun mexanizmlərindən istifadə etmək imkanı əldə edir və bu meydan vasitəsi ilə də öz məhsullarının ümumdünya ticarət mənafelərini qorumaq istiqamətində imkanını əldə etmiş olur. ÜTT- yə üzvlük eyni zamanda növbəti ticarətin formalaşmasında Azərbaycan tərəfin imkanlarının genişlənməsinə şərait yaranmış olur və beləliklə sahibkarlığın inkişafına təsir etmiş olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB