Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu ilin fevralında Novorossiysk limanından 84 min 807 ton, Supsa limanından 254 min 179 ton, Ceyhan limanından isə 1 milyon 630 min 350 ton xam neft ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, ümumilikdə yanvar-fevral aylarında Novorossiysk limanından 254 min 314 ton, Supsa limanından 508 min 286 ton, Ceyhan limanından isə 3 milyon 328 min 118 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB