Abbas Əliyev: “İntensiv nəzarət tədbirləri davam etdirilir” AÇIQLAMA
"Dərmanlar və unun qiyməti ilə bağlı monitorinqlərimizi davamlı şəkildə aparırıq". Bunu SİA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. Onun sözlərinə görə, yerlərdə qiymət artımının süni şəkildə aparılmasının qarşısının alınması üçün güclü nəzarət tədbirləri görülür: "Nazirliyin işçiləri yerlərdə qiymətlərə nəzarət edir. Bununla bağlı vətəndaşları məlumatlandırmaqda davam edəcəyik. Onu deyə bilərəm ki, intensiv nəzarət tədbirləri davam etdirilir. Hansı tədbir görülürsə bununla bağlı rəsmi internet səhifəmizdən vətəndaşlar izləyə bilərlər".
Abbas Əliyev həmçinin regionlarda da süni qiymət artımının qarşısının alınması istiqamətində reydlərin keçirildiyini vurğuladı: "Süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması üçün regionlarda da reydlər keçiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB