Mərkəzi Bankın sədri manatın ucuzlaşmasından danışdı. Dövlət televiziyasına müsahibə verən Elman Rüstəmov banklara əhalinin əmanətlərinə qarşı maksimum həssas olmağı tövsiyə edib. Baş bankir valyutadəyişmə məntəqələrində yaranmış vəziyyətə də toxunub.
Mərkəzi Bankın sədri Elman Rüstəmov banklara müraciət edib. Baş bankir tapşırıb ki, əhalinin əmanətlərinə qarşı həssas yanaşılsın. İlk müraciətdə onların konvertasiyası, yəni bir valyutadan digərinə keçirilməsi təmin edilsin.
Valyuta mübadiləsi məntəqələrindəki yaranmış vəziyyətə toxunan Elman Rüstəmov qeyd edib ki, valyutanın hansı formada saxlanılması əhalinin şəxsi seçimidir və bunun üçün məhdudiyyət yoxdur.
Elə valyutadəyişdirmə məntəqləri qarşısında apardığımız kiçik sorğuda bəzi məntəqlərdə dollar qıtlığı olduğunu göstərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB