Fevralın 16-da 62 dollardan yuxarı qalxdıqdan sonra bir qədər enən Brent markalı neftin aprel fyuçersləri bu gün yenidən son iki ayın maksimum göstəricisinə yüksəlib.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu gün səhər saatlarında Şimali Amerika neftinin fyuçersləri 72 sent – 1,17 faiz bahalaşaraq barreli 62,12 dollarda qərarlaşıb.
WTI markalı neftin qiyməti Nyu-Yorkun əmtəə bazarındakı elektron hərracda 43 sent qalxaraq 53,21 dollarda möhkəmlənib.
Ekspertlərin fikrincə, investorlarda nikbinlik və qiymətlərin bahalaşmasına ümid yaranıb. Qətər və Küveytin neft sektorlarının yüksək vəzifəli nümayəndələri neft bazarında neqativ tendensiyanın başa çatması barədə fikirlərlə razılaşırlar.
Neftin qiymətinin bahalaşmaqda davam edəcəyi barədə proqnozlar əsasən ABŞ-da qazma qurğularının 2011-ci il avqust minimumuna qədər ixtisar olunmasına əsaslanır. İnterfax agentliyi Amerikanın Baker Hughes neft-servis kompaniyasına istinadla son 10 həftə ərzində ABŞ-ın neft hasil edən kompaniyalarının yataqların üçdə birində fəaliyyəti dayandırdığını bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB