Azərbaycan- Çexiya biznes forumu keçiriləcək

Azərbaycan- Çexiya biznes forumu keçiriləcək

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı, qazandığı uğurlar barədə məlumat verərək, Ermənistan istisna olmaqla, regionun digər ölkələri ilə uğurlu əməkdaşlıq aparıldığını qeyd edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

V. Pivonka isə ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edib, Çexiyanın Azərbaycanla qeyri-neft sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə mart ayında Çexiyanın sənaye və ticarət nazirinin Azərbaycana səfəri və iş adamları arasında biznes forumun keçirilməsi məsələləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə