Nicat Hacızadə: “Ölkəmiz enerji təhlükəsizliyində rol oynayacaq” AÇIQLAMA

Nicat Hacızadə: “Ölkəmiz enerji təhlükəsizliyində rol oynayacaq” AÇIQLAMA

"Ölkə prezidentinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində söylədiyi nitqi yüksək dəyərləndirirəm. Bir sıra neft qaz ixracatçısı olan dövlətlərdən fərqli olaraq, Azərbaycan yeganə ölkələrdəndir ki, ölkənin əsas gəlir mənbəyinə ölkə prezidenti səviyyəsində nəzarət edilir və yönləndirilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və sübut edir ki, Avropanın ən mühüm tərəfdaş ölkəsidir. Bu enerji təhlükəsizliyində ölkəmizin rol alması hələ uzun müddət davam edəcək: "Ulu Öndər Heydər Əliyevin qoyduğu neft strategiyası bu il ölkəmizin neft-qaz strategiyası ilə bağlı siyasətində, enerji təhlükəsizliyinin ölkəmiz tərəfindən həlli və qərar verməsi baxımından tədqirə layiqdir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətlərdən biridir və bu işin öhdəsindən layiqincə gəlir. Həmçinin, bu təhlükəsizlikliyin təmin olunması siyasi tərəfdən ölkəmizin nə qədər etibarlı tərəfdaş olduğunu sübut edir və gələcəkdə Avropa İttifaqının Azərbaycanla bağlı atacağı addımlara ciddi formada təsir edir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatının 2,5 trilyon kubmetrdən çox olduğunu nəzərə alaraq deyə bilərik ki, ölkəmiz hələ uzun müddət bu təhlükəsizlik də rol oynayacaq".

Ekspert həmçinin vurğuladı ki, Avropa artıq Azərbaycan və İranla enerji təhlükəsizliyində ciddi addımlar atmağa başladı. Rusiyanın etibarsızlığı bir daha sübit etdi ki, Azərbaycan Avropa üçün həqiqətən də etibarlı əməkdaşdır: "Bundan əlavə qeyd edim ki, bildiyiniz kimi Rusiya Avropa ittifaqının enerji təhlükəsizliyində 30% ə qədər rola malikdir. 12 tranzit boru xətti Avropaya ixrac edilir ki, buda Rusiyanın enerji təhlükəzliyində hegomonluğu ələ keçimək niyyətindən irəli gəlir. Həmçinin Rusiya büdcəsinin də 30%-ə qədəri bu ixracdan doğan gəlirlərlə formalaşır. Avropa Rusiyadan asılılığı aradan qaldırmaq üçün Azərbaycan, o cümlədən İran kimi ölkələrlə əməkdaşlıqda maraqlıdır. Son dövrlər artıq həqiqətən Rusiyanın etibarsızlığı özünü sübut etdi. Avropa bir daha Azərbaycanla enerji təhlükəsizliyi baxımından qərarlarında nə qədər doğru və düzgün addım atdıqlarının fərqinə vardı".

Bütün xəbərlər Facebook səhifəmizdə