2015-ci ilin yanvar ayı ərzində 2 milyon 480 min 296 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 698 min 768 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il fevral ayının 1-ə qədər Ceyhan limanından 264 milyon 419 min 386 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB