Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi dünən gecə saatlarında Azərbaycana gəlib. SİA-nın məlumatına görə, Türkiyəli nazir Azərbaycanda bir sıra görüşlər keçirəcək. Belə ki, bu gün nazir Fəxri Xiyabanda olub, Ulu Öndər Heydər Əliyevin məzarına əklil qoyub, oradan da Şəhidlər xiyabanını ziyarət edib.
Daha sonra Nihat Zeybekçi buradan Bakının panoramasını və Xəzər Dənizini seyr edib. Dənikənarı Bulvar haqqında nazirə məlumat verilib. Daha sonra isə Nihat Zeybəkçi Türk Şəhidliyi abidəsi önünə əklil qoyub. Türkiyə Səfirliyinin Azərbaycandakı dini işlər üzrə attaşeliyini ziyarət edən Nihat Zeybekçi burada iki ölkə arasında, iqtisadi, siyasi və mədəni əlaqələrə toxunub. Daha sonra isə Şəhidlər xiyabanından ayrılıb.
Qeyd edək ki, Nazir Hökumət evinə dönərək Azərbaycanın İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevlə görüşəcək. Nihat Zeybekçi Nazirlər Kabinetində də görüş keçirəcək. Baş nazirin müavini Abid Şərifov ilə görüşəcək. Daha sonra Nihat Zeybəkçi Dövlət Bayrağ Meydanını da ziyarət edərək Ankaraya geri dönəcək.
.jpg)












Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB