ABŞ neftçiləri tətil elan etdilər ETİRAZ

ABŞ neftçiləri tətil elan etdilər ETİRAZ
ABŞ-ın neft emalı zavodlarının işçiləri 1980-ci ildən bu yana ən böyük tətil elan ediblər. SİA xəbər verir ki, bu barədə "The Los Angeles Times" nəşri yazır. Məlumatda qeyd edildiyinə görə, ölkənin poladtökmə sənayesi fəhlələrinin həmkarlar ittifaqından (United Steelworkers union) bildirilib ki, tətil edəcək işçilərin sayı 4 mindən yuxarıdır. Tətilə səbəb isə "Shell" şirkətinin fəhlələrin sığorta xərclərinin artırılması tələbini yerinə yetirməməsidir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə