“Azneft” İstehsalat Birliyində təlim keçirilib

"Azneft" İstehsalat Birliyində mühəndis-texniki işçilərin, eləcə də fəhlə kadrların hazırlanması və idarəetmənin optimallaşdırılması məqsədilə işlənib-hazırlanmış "Maarifləndirmə proqramı"na əsasən növbəti təlim keçirilib. SİA-nın xəbərinə görə, "Azneft" İstehsalat Birliyinin Baş direktorunun müavini Cəlair Səmədov qeyd edib ki, təlimlərin məqsədi mühəndis-texniki işçilərin, eləcə də fəhlə kadrların yenidən hazırlanması və onların nəzəri-praktiki təcrübələrinin artırılmasıdır. Təlimdə "Proqramlaşdırıla bilən məntiqi kontrollerlər (PLC)" haqqında təqdimat olub, verilən suallar cavablandırılıb.

Qeyd olunub ki, avtomatlaşdırılmış sistemlərdə texnoloji proseslərə nəzarət və idarəetməni həyata keçirən qurğular, onların məntiqi sxemləri və proqram təminatı, o cümlədən giriş və çıxış qurğularının texniki xarakteristikası, məntiqi idarəetmədə rolu barədə də müxtəlif istehsalat sahələrində maarifləndirmə işləri davam etdirilir. Proqrama əsasən işçilərin əyani vəsait və texniki ədəbiyyatlarla təmin olunması istiqamətində tədbirlər görülür. İngilis və rus ədəbiyyatlarından istifadə etməklə Azərbaycan dilində məlumatlar hazırlanır. İstehsalat Birliyi personalının nəzəri bilik və təcrübəsinin artırılması məqsədilə keçirilən təlimlərə əcnəbi mütəxəssislər də dəvət olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə