Aliyə Əzimova: “Azərbaycanda Dünya Bankının aparıcı ekspertləri işə başlayacaq” AÇIQLAMA
"Kiçik bizneslərə məxsus olan daşınar əmlakların dəyərindən istifadə, həmin biznes müəssisələrinə və həmçinin kredit təşkilatlarına çox müsbət təsir edə bilər". Bunu bu gün Beynəlxlaq Maliyyə Korporasiyasının Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova "Daşınar əmlaka əsaslanan kreditləşmə Layihəsi" ilə bağlı keçirilən konfrans zamanı açıqlamasında deyib. O bildirib ki, keçirilən konfrans Azərbaycanda daşınar əmlak bazarının öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Artıq Azərbaycanda Dünya Bankı Qrupunun aparıcı ekspertləri işə başlayacaq: "Daşınar əmlakların dəyərindən istifadə kiçik şirkətlər üçün yeni maliyyə imkanlarını, kreditorlar üçün isə öz müştəri bazalarını artırmaq üçün şərait yarada bilər. Bu konfrans bizim Azərbaycan da sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının artırılması istiqamətində birgə həyata keçirdiyimiz tədbirlərdən biridir. Dünya Bankı Qrupunun bu sahədə aparıcı ekspertləri məşğələlərə başlayacaqlar. Məşğələlərin məqsədi maliyyə institutlarının inkişafına dəstək göstərmək və onlara Azərbaycanın maliyyə sektorunun tələblərinə cavab verən daşınar əmlak əsaslı maliyyə məhsullarının tətbiqində kömək etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB