"SOCAR" bu günlərdə Ukraynanın Xarkov şəhərində üç yanacaqdoldurma məntəqəsi açıb. ARDNŞ-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əhalisinin sayına görə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda "SOCAR" yanacaqdoldurma məntəqələrində Polşa, Litva və Belarusda istehsal olunmuş Avro-5 standartına uyğun yanacaq növləri - А-92, А-95, A-95 "Nano" benzinləri, "Nano" dizel yanacağı reallaşdırılır.
Burada müştərilər nağd, bank və yanacaq kartları, həmçinin "Level" bonus kartları vasitəsilə ödəniş edə bilərlər.
Yanacaqdoldurma məntəqəsində müxtəlif xidmətlər, o cümlədən Wi-Fi, mobil telefonların enerji təminatı pulsuzdur. Ukraynanın digər şəhərlərində olduğu kimi Xarkovdakı "SOCAR" YDM-ləri də "Handicapfriendly" prinsipi ilə işləyir. Burada əlillərin rahat hərəkət etməsi üçün hər cür şərait yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB