İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Biləsuvar rayonunda müvəqqəti məskunlaşmış Cəbrayıldan olan məcburi köçkün sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. SİA-nın nazirliyə isitnadən verdiyi xəbərə görə, yanvarın 23-də bununla bağlı rayonda keçirilmiş forum çərçivəsində məcburi köçkünlərlə mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb və cins heyvandarlıq təsərrüfatlarının yaradılması, tikişçilik və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması, çörək və şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul olunub.
Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB