İlham Şaban: “ARDNŞ-ın Gürcüstan bazarında payı azalır” AÇIQLAMA

İlham Şaban: “ARDNŞ-ın Gürcüstan bazarında payı azalır” AÇIQLAMA

"Bazar bazardır və hər bazarında öz məhsulu və fərqli də qiyməti var. Keyfiyyət və xidmətin səviyyəsi rəqabət nəticəsində formalaşmalıdır". Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban SİA-ya açıqlamasında bildirib. O qeyd edib ki, Gürcüstanda neftin fərqli qiymətlərlə müxtəlif yanacaqdoldurma məntəqələrində satılmasının səbəbi bu ölkədə yanacaq sektorunda çoxillik sərbəst satış təcrübəsindən irəli gəlir. Yəni bu ölkədə yanacağa vahid qiymət tətbiq olunmur: "Gürcüstan müstəqilliyini elan edən vaxtdan etibarən daxili bazarda neft məhsullarını özəlləşdirmə prosesinə başladı. 1995-ci ildən sonra onlarda enerji sahəsi təmamilə özəl sektorun əlində oturuşmuş bir sahədir. Azərbaycanda isə müstəqillik elan edildikdən bu günə qədər bu sahə dövlətin əlindədir. 2014-cü il aprelin 1- dən yüksək oktanlı benzinlər bazarı özəl sektora həvalə olunur, ancaq burda da saziş göz qabağındadır. Məntəqələrdə yanacağın qiyməti bir-birindən qəpik belə fərqli olsa, onun qarşısında kilometrlərlə növbə yarana bilər".

Ekspert onu da əlavə etdi ki, Azərbaycanda bir neçə ildir yanacaq bazarında özəlləşmə olmasına baxmayaraq, şirkətlər qiymət sistemindən kənara çıxa bilmirlər. Gürcüstanda isə Azərbaycan Dövlət Neft Şirkəti yanacaqdoldurma bazarında çəkisini azaldır: "Bazar elementlərinin bu sahədə keçidi çox çətin anlaşılır. Azərbaycanda yanacaqdoldurma stansiyalarında ilk özəlləşdirmə təxminən 1996-cı illərdə baş verib. Azərbaycan öz müstəqilliyini qazandıqdan bu günə qədər 19 ildir ki, qiymət sistemini ancaq dövlət tənzimləyir. Baxmayaraq ki indi dövlət özəl sektorda qiyməti tənzimləmir, ancaq yenə də şirkətlər bundan kənara çıxa bilmirlər. Lakin artıq bu sistem dağılmalıdır. Dövlət Neft Şirkəti orda xüsusi çəkiyə malikdir. Şirkətin Gürcüstan bazarında payı azalır. Çünki biz öz neftimizi azaldırıq, satış bazarında təqribən 27 – 28 faiz çəkiyə malikdir. Gürcüstanda böyük şirkətlə kiçik şirkət arasında böyük rəqabət var. Ancaq Azərbaycanda qiymət də, keyfiyyət də eyni olduğu üçün stimullaşdırıcı heçnə yoxdur. Yalnız fərq yanacaqdoldurma məntəqələrinin vizual görünüşündədir".

Bütün xəbərlər Facebook səhifəmizdə