Bu gün Vergilər Qəzeti tərəfindən Vergilər Nazirliyinin yaranmasının 15 illiyinə həsr olunmuş "Vergi sistemi: 15 ilin Uğurları və yeni çağırışların astanasında" adlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Vergilər Nazirliyinin müşaviri Akif Musayev, Vergilər Qəzetinin baş redaktoru Anar Əliyev, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi Təhlil və Proqnozlaşdırma şöbəsinin sektor müdiri Mehdi Həsənov, Dövlət Sosial Müdafiə Fondunun İKT şöbəsinin müdiri Sabir Qocayev, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş məsləhətçisi Faiq Səmədov, Millət vəkilləri Xanhüseyn Kazımlı, Çingiz Qənizadə, mətbuat nümayəndələri və digər rəsmi şəsxlər iştirak edib.
Tədbirdə çıxış edən Vergilər Qəzetinin baş redaktoru Anar Əliyev Azərbaycanda Vergilər sahəsində atılan uğurlu addımlardan danışıb. O qeyd edib ki, Ümumilli lider Heydər Əliyev tərəfindən qurulan Nazirlik bu gün prezident İlham Əliyevin dəstəyi ilə digər strukturlar kimi fəaliyyətini daha da gücləndirib. Anar Əliyev Vergilər Qəzetində dərc edilən materialları keçən illərlə müqayisə edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin müşaviri Akif Musayev Vergilər Nazirliyinin keçdiyi tarixi yoldan danışıb: "Vergi siteminin formalaşması çox çətin bir yol keçib. Qanunvericilik, təlimatlar və vergi orqanının bir struktur kimi formalaşması başa çatıb. Əvvəlki dövər diqqət yetirdikdə vergi inzibatçılığı çox mürəkkəb formada olub. Hətta vergi orqanı əməkdaşları belə müxtəlif çətinliklərlə rastlaşıblar. 1996-cı ildən etibarən vergi sistemində sistemləşdirmə aparılıb. 1999-cu ildən etibarən Ulu öndər tərəfindən vergi müfəttişliyi və Vergilər Nazirliyi isteminin struktur dəyişikliyi ilə bağlı olaraq ciddi addımlar atıldı. Vergi məcəlləsinin yaradılması o dövrdə vergi qanunvericiliyini vahid sistemdə qruplaşdırılması, vergi dərəcələrinin normalarının formalaşdması kimi mürəkkəb sistem həll etmiş oldu".
Akif Musayev Vergilər Nazirliyinin yarandığı 15 il müddətində strukturlarda işlərin bir neçə dəfə artdığını, lakin az sayıda işçi qüvvəsi ilə keyfiyyətli işi təmin etdiklərini ifadə edib. O vurğulayıb ki, günümüzdə Vergilər Nazirliyinin strukturlarında çalışan işçi sayı MDB ölkələrində bu sahədə vergi ödəyiciləri payına düşən ən az işçi sayıdır:
15 ildir ki, 2500-ə yaxın vergi əməkdaşı Nazirliyinin strukturlarında çalışmaqdadır. Baxmayaraq ki 630 mindən çox vergi ödəyicisi ölkəmizdə var, 15 il keçməsinə baxmayaraq hələ də işçi sayı artırılmamış, 2500 vergi əməkdaşı bu sahədə xidmət göstərməkdədir. Bu MDB ölkələri içərisində vergi ödəyiciləri sayına düşən ən az vergi işçisi deməkdir".
Bundan sonra İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi Təhlil və Proqnozlaşdırma şöbəsinin sektor müdiri Mehdi Həsənov, Dövlət Sosial Müdafiə Fondunun İKT şöbəsinin müdiri Sabir Qocayev, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş məsləhətçisi Faiq Səmədov, Millət vəkilləri Xanhüseyn Kazımlı, Çingiz Qənizadə Vergilər Nazirliyinin 15 il müddətində əldə etdiyi nailiyyətlərdən danışıblar. Onlar Azərbaycanın regionlarında vergi mərkəzlərinin apardığı işlərdən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB