Caspian European Club biznes-treninqlərə start verib FOTOLAR
Üzv şirkətlərin çoxsaylı xahişlərini nəzərə alaraq Caspian European Club aylıq biznes-treninqlərin təşkilinə start verib. SİA-nın xəbərinə görə, Caspian European Club-un üzv şirkətləri üçün "Brend-menecment, marketinq psixologiyası və satışın genişləndirilməsi" adlı birinci biznes-treninq Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev tərəfindən keçirilib.
Biznes-treninqin gedişatı zamanı Caspian European Club şirkətləri biznes partnyorlarla dialoqun düzgün qurulması, şəxsi mövqeyin və biznes təkliflərin asanlıqla əsaslandırılması barədə geniş məlumatlar, eləcə də marketinq qərarlarının qəbulu zamanı tez-tez rast gəlinən digər məsələlərlə bağlı faydalı məsləhətlər alıblar.
Biznes-treninqlər gələcəkdə də davam etdiriləcək, iri şirkət və korporasiya rəhbərləri qazandıqları uğurların sirlərini Caspian European Club-un üzv şirkətləri ilə bölüşəcəklər.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB