Müslim İbrahimov: “Taxıl bahalaşacaq” AÇIQLAMA

Müslim İbrahimov: “Taxıl bahalaşacaq” AÇIQLAMA

"2014-cü ildə əldə edilən ən əsas yeniliklərdən biri aqroparkların yaradılması olub. Aqroparkın yaradılmasında müəyyən problemlərin həll olunması nəzərdə tutulub. İlk növbədə müəyyən bir ərazidə xüsusi iqtisadi zonalar açılması planlaşdırılır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Müslim İbrahimov deyib.

O qeyd edib ki, respublikada satış və kənd təsərrüfatı bazarı tənzimlənəcək və aqroparklar yaradılacaq: "2 il bundan öncə cənab Prezident demişdi ki, aqrar sənaye sahəsində istehsal, emal və satış zonaları açılsın. Buna görə də, həmin aqroparklar müxtəlif regionlarda yerləşməlidir. Loqistik məsələlər də həll olunmalıdır. Burada əsas emal və xammal istehsalçıları arasında çox sıx əlaqənin olmasıdır. Artıq asılılıq məsələsi də həll olunur, yəni artıq kənd təsərrüfatı emal edən şirkətlər özləri maraqlı olacaqlar ki, onların yanında xammal bazaları yaradılsın. Cənab prezidentin kənd təsərrüfatı bazarının tənzimlənməsi haqqında sərəncamı sübutdur. Ona görə də satış məsələsi əsas götürülüb, respublikada satış və kənd təsərrüfatı bazarının tənzimlənməsi və aqroparkın yaradılması bu problemin həllidir. İkinci tərəfdən aqropark vasitəsi ilə mənfəət forması yaradılacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı ilə məşğul olan şirkətlər arasında mənfəət norması optimal qaydada bölüşdürüləcək.

Ekspert vurğulayıb ki, taxıl bu gün ən strateji məhsula çevrilib. Taxılın idxalı ilə bağlı görülən işlərdən və ölkədə qiymət artımına qarşı atılan addımlardan danışıb: "Aqroparklar vasitəsilə holdinq tipli iri kənd təsərrüfatı aqrar şirkətlərinin yaradılması bu sahənin böyüməsinə imkan yaradacaq. Kənd təsərrüfatı xammalı məhsullarının istehsalçıları aqroparklarda iştirak etmək üçün istər-istəməz aqrar istehsal münasibətlərə, kənd təsərrüfatı korporasiyasına keçmələrinə stimul verəcək. Sonra da iri fermer təsərrüfatı, daha doğrusu taxıl təsərrüfatları yaradılması əsas qoyulub, çünkü taxıl bu gün ən strateji məhsula çevrilib. 2015- ci ildə taxılın qiymətinin artımı gözlənilir, çünkü Rusiya bu ixracı dayandırır. Rusiyada bu gün böyük problem var. Federasiyanın vilayətləri arasında qiymət artımı baş verdi, ona görə ki taxıl istehsal edən regionlar məhsulu satışa qoymurlar. Qiymətin qaldırılmasını gözləyirlər, ondan sonra satışa buraxırlar. Bu da süni qaydada qiymət artımına gətirib çıxarır. Bir çox ölkədə həmçinin Azərbaycanda da taxıl ehtiyat fondları mövcuddur. Taxıl ehtiyat fondlarını yaradanda bu avtomatik olaraq qiymət artımına gətirib çıxarır. Digər faktor odur ki, taxılın 70, 80 faizi transmilli şirkətlərə məxsusdur. Bu hər zaman qiymətlərin artımına imkan verir və ekstensiv formada əkin yerlərinin artırılmasına səbəb olur. Cənab Prezident taxıl fermer təsərrüfatlarının yaradılmasına şərait yaradılmasına bu gün kifayət qədər imkan yaradıb".

Müslim İbrahimov bildirib ki, vegetativ və direktiv idarə formalarının inkişafı əsasında 2015-ci ildə kənd təsərrüfat nazirliyinin nüfuzu daha çox artıb: "Bu gün ən böyük problem 2015-ci ildə iqtisadi mexanizmlərin təkmilləşdirilməsi ilə əlaqəlidir. İqtisadi mexanizmlərin təkmilləşdirilməsi maliyyə, torpaq, infrastruktur və sosial siyasətin təkmilləşdirməsi vasitəsi ilə həll olunacaq. Növbəti məsələ odur ki, 2015-ci ildə Kənd Təsərrüfat Nazirliyinin nüfuzu daha da çox artdı. Vegetativ və direktiv idarə formalarının bir-birinə uyğunluğu elektron kənd təsərrüfatının inkişafı əsasında həyata keçirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə