2 rayonda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, yeni çəkilən qaz xəttinin mövcud kəmərə birləşdirilməsi ilə əlaqədar bu gün saat 1800-dək Lənkəran və Ucar rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə